Press "Enter" to skip to content

“ASAN xidmət” təcrübəsi Pakistanla da paylaşılacaq

Səfərdən xatirə fotosu

BAYRAQDAR MEDİA – 23-24 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Azərbaycan – Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII iclasında iştirak məqsədilə İslamabad şəhərinə səfər edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya “ASAN xidmət”dən məlumat verilib.

Bildirilib ki, “tədbirdə Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Vüqar Mustafayev, Pakistan İslam Respublikasının müdafiə, müdafiə istehsalı və aviasiya naziri Xavaca Məhəmməd Asif, hər iki tərəfin nümayəndə heyətinin üzvləri, digər rəsmi şəxslər də iştirak ediblər. Komissiyanın yekunu olaraq imzalanmış Protokolda “ASAN xidmət” təcrübəsinin Pakistan tərəfi ilə paylaşılması üzrə bənd öz əksini tapıb”.

Məlumata görə, səfər çərçivəsində Dövlət Agentliyinin nümayəndəsi Pakistanın dövlət xidmətlərinin göstərilməsi sahəsində fəaliyyət göstərən müvafiq qurumları ilə görüşüb: “Görüşlər zamanı “ASAN xidmət”, o cümlədən Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Müvafiq istiqamətlər üzrə Pakistanın aidiyyatı qurumları arasında əməkdaşlığın həyata keçirilməsinə dair razılığa gəlinib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.