Press "Enter" to skip to content

Sənəd qəbulu başa çatır

Dövlət İmtahan Mərkəzi

BAYRAQDAR MEDİA – Magistraturya sənəd qəbulu başa çatır.

Bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında qeyd edilib.

Bildirilib ki, “qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün sənəd qəbulu bu gün saat 23:59-dək davam edəcək. 27 yanvar saat 09:15-ə olan məlumata əsasən, 19475 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi – 17800; rus bölməsi – 1675)”.

Məlumata görə, sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir: “Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz. Daha sonra bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir. Qeyd edək ki, imtahan 2025-ci il fevralın 16-da keçiriləcək. İştirakçılar “İmtahana buraxılış vərəqəsi”ni imtahana 4-5 gün qalmış çap edə biləcəklər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.