Press "Enter" to skip to content

Qarabağ həqiqətləri işğaldan Zəfərə qədər

Şəbnəm Tofiqqızı

BAYRAQDAR MEDİA – “Qarabağ həqiqətləri işğaldan Zəfərə qədər” adlı layihənin ikinci hissəsi gerçəkləşdiriləcək. Bu dəfə 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanların ailələri ilə görüşlər keçiriləcək. Həmçinin qazilər və bu müharibədə əməyi keçən mətbuat nümayəndələri, hərbçilər, tarixçilər, dövlət rəsmiləri ilə olan söhbətlər də nəzərdə tutulur.

Bu haqda xəbəri BAYRAQDAR MEDİA-ya layihənin müəllifi – yazıçı-araşdırmaçı-ssenarist Şəbnəm Tofiqqızı verib.

Bildirilir ki, layihənin birinci hissəsində Qarabağın tarixi, etnoqrafiyası, coğrafiyası, iqtisadiyyatı, ayrı-ayrı yaşayış məntəqələri, tarixi abidələri, mədəniyyəti və incəsənəti haqqında materiallar yer alıb. Eyni zamanda birinci Qarabağ savaşında şəhid olmuş, yaralanmış, əsir düşmüş insanların yaxınlarının çıxışları və digər məsələlərə də yer verilib, bütün bunlar ingilis dilinə tərcümə olunub.

Şəbnəm Tofiqqızı deyib ki, “layihənin ikinci hissəsində biz Müzəffər Ali Baş Komandan İlham Əliyev və şanlı Ordumuzun qazandığı Zəfərin tarixi, “Dəmir yumruq” altında birləşən xalqımızın qələbə sevinci, tarixi, ata-baba yurdumuza qayıdışla Vətən torpağında gerçəkləşən yenidənqurma işləri və digər mövzulara yer verəcəyik”.

“Tarixi qələbəmizi əbədiləşdirmək və xarici dillərdə dünyaya çatdırmaq boynumuzun borcudur deyərək şərəfli bir işə təşəbbüs edirik”, – deyə Şəbnəm Tofiqqızı əlavə edib.

Layihənin media tərəfdaşı BAYRAQDAR MEDİA-dır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.