BAYRAQDAR MEDİA – Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qırğızıstan Prezidenti Sadır Caparov arasında qeyri-rəsmi görüş keçirilib.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Məlumata görə, liderlər Özbəkistanın Daşkənd vilayətindəki “Amirsoy” istirahət kompleksində görüşüblər: “Özbəkistan prezidentinin rəsmi saytının yaydığı məlumatda bildirilir ki, liderlər beynəlxalq siyasət və regional əməkdaşlıq, eləcə də ikitərəfli gündəlikdəki cari məsələləri müzakirə ediblər”.
Açıqlamada həmçinin “liderlər Özbəkistan və Qırğızıstanın unikal coğrafi landşaftlarını, təbii müxtəlifliyini nəzərə alaraq, istirahət və sağlamlıq mərkəzlərinin yaradılmasına yönəlmiş birgə layihələri dəstəkləmək barədə razılığa gəliblər” deyə qeyd edilib.
İlk şərhi yaza bilərsiniz