BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akadekiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) növbəti dəfə dezinfeksiya işləri aparılıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə qeyd edilir ki, “təmizliyi qorumaq və istənilən növ zərərvericiləri aradan qaldırmaq üçün MEK-ə dəvət olunmuş xüsusi mütəxəssislər tərəfindən profilaktik sanitar-gigiyenik və digər qabaqlayıcı dezinfeksiya tədbirləri görülüb. Kitabxana fondlarındakı rəflər, sənədlər xüsusi məhlulla təmizlənib”.
Onu da qeyd edək ki, əməkdaşlar arasında sanitar-gigiyenik qayda və tələblərinə əməl olunması ilə bağlı mütəmadi olaraq maarifləndirmə işləri də həyata keçirilir.
İlk şərhi yaza bilərsiniz