Press "Enter" to skip to content

KKTC-də növbəti siyasi gərginlik

Erhan Arıklı

BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətində siyasi gərginliklər bir-birini əvəz edir. Bir müddət əvvəl Yenidən Doğuş Partyası (YDP) hökumətdən çəkilmək məsələsini gündəmə gətirdi.

Daha bir gərginlik isə hakim UBP-dən millət vəkili Hasan Taçoyla YDP sədri Erhan Arıklı arasında yaşanıb.
Hər halda E.Arıklının sosial şəbəkə hesabından etdiyi paylaşım belə deməyə əsas verir.

Belə ki, Erhan Arıklı Hasan Taçoyun açıqlamalarına sosial media hesabından belə cavab verib: “UBP-nin 24 deputatı var. Onların arasında mənimlə döyüşən tək H.Taçoy bəydir. Digər dostlar, həvəs və gözləntilərindən asılı olmayaraq, ümumiyyətlə, nəzakətlə bu böhranın bitməsini gözləyirlər. Yalnız Hasan Taçoy mənə söz atmağa çalışır. Hörmətli Taçoy, UBP-nin qurultayı yenicə başa çatıb. Növbəti birinə qədər uzun bir yol var. Cənab baş naziri əvəz etməyə çalışma. O rol üçün növbəti qurultayı gözlə…”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.