BAYRAQDAQ MEDİA – 13 il azadlıqdan məhrum edilən və hazırda Urmiya zindanında saxlanılan Güney Azərbaycanlı siyasi məhbus Hamid Qaraoğlani aclıq aksiyası keçirir.
Xəbəri “Azad İran” Telegram kanalı Güney Azərbaycan Demokratik Türk Birliyinə istinadla yayıb.
Xəbərə əsasən, Güney Azərbaycanlı məhbus yanvarın 13-dən aclıq aksiyasına başlayıb. 5 ilə yaxındır həbsdə saxlanılan H.Qaraoğlani, şərti azadlığa buraxılması barədə müraciətlərinin cavabsız qalmasına etiraz olaraq aclıq edir.
Onun aclıq aksiyası keçirdiyi üçün sağlamlıq durumunun kritik olduğu və bundan əlavə, həbsxana rəhbərliyinin təzyiqi altında olduğu bildirilir.
İlk şərhi yaza bilərsiniz