Press "Enter" to skip to content

Fəalı ETTELAAT idarəsinə çağırıblar

Vahid Əbhəri

BAYRAQDAR MEDİA – Təbrizdə yaşayan Güney Azərbaycanlı cəmiyyət fəalı Vəhid Əbhəri ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) İdarəsinə çağırılıb.

Xəbəri “Azad İran” Telegram kanalı Güney Azərbaycan Demokratik Türk Birliyinə istinadla yayıb.

Xəbərə əsasən, ETTELAAT idarəsinin əməkdaşı yanvarın 25-də V.Əbhəriyə zəng edərək onun qeyd olunan idarəyə getməsini tələb edib. Çağırışın səbəbi barədə Güney Azərbaycanlı fəala açıqlama verilməyib.

Qeyd edək ki, 2024-cü il noyabrın 23-də həbs edilərək ETTELAAT Nazirliyinn yerli istintaq təcridxanasına aparılan V.Əbhəri, noyabrn 28-də Təbriz həbsxanasına köçürülüb və dekabrın 3-də 200 milyon tümən (475 dollar) girov qarşılığında zaminə buraxılıb. O, bundan əvvəl də mədəni fəaliyyətlərinə görə bir neçə dəfə həbs edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.