Press "Enter" to skip to content

CASCFEN-in 2 illik fəaliyyət planı hazırlanacaq

İclas zamanı

İctimai Birliyin rəhbər heyətinin genişləndirilmiş birgə iclası keçirilib

BAYRAQDAR MEDİA – Yanvarın 25-də “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) rəhbər heyətinin (İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası və Müşavirlik) ilin ilk genişləndirilmiş birgə iclası keçirilib.

Sədr müavini Fikrət Əliyevə və İdarə Heyətinin üzvü Əkbər Qoşalıya Təşəkkürnamə təqdim edilib
Sədr müavini Fikrət Əliyevə və İdarə Heyətinin üzvü Əkbər Qoşalıya Təşəkkürnamə təqdim edilib

Təşkilatın Mətbuat xidmətindən verilən məlumata görə, iclasda öncə sədr Nadir Azəri tərəfindən ötən müddət ərzində görülən işlərin ümumi qısa hesabatı təqdim edilib. Daha sonra qarşıda duran vəzifələr, görülməli olan işlər və mümkün əməkdaşlıqlar barədə fikir mübadiləsi aparılıb.

Çıxış edənlər – Sədr müavinləri Fikrət Əliyev və Nüşabə Hüseynli, İdarə Heyətinin üzvü Əkbər Qoşalı, həmçinin Nəzarət-Təftiş Komissiyasının sədri Sevda Əskərova, komissiyanın üzvləri Elman Cəfərli və Anar Miriyev, sədrin müşaviri Aygün Kazımova fikir və təkliflərini səsləndiriblər.

Rəhbər heyətə üzvlük vəsiqələri təqdim edilərkən
Rəhbər heyətə üzvlük vəsiqələri təqdim edilərkən

Müzakirələr nəticəsində CASCFEN-in 2 ili əhatə edəcək fəaliyyət planının hazırlanması barədə razılığa gəlinib.

Bundan başqa, “Ramiz Əskər –Türk dünyasına xidmət ödülü”nün Novruz bayramı ərəfəsində ilk qaliblərinin elan və təltif edilməsi barədə razılıq əldə edilib. Bununla bağlı Münsiflər Heyəti formalaşdırılıb.

İclasda yaxın aylarda CASCFEN-in QHT və media sektorunda özünü təsdiqləməkdə iddialı olan gənc liderlərin inkişafına dəstək məqsədilə bir təlim mərkəzinin yaradılması üçün addımların atılması, bununla bağlı Elman Cəfərlinin rəhbərliyi ilə fəaliyyət planının hazırlanması qərara alınıb, o cümlədən təşkilat üçün vacib digər qərarlar da qəbul edilib.

Rəhbər heyətə üzvlük vəsiqələri təqdim edilərkən
Rəhbər heyətə üzvlük vəsiqələri təqdim edilərkən

Mətbuat xidmətinin məlumatına əsasən, iclasda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə kiçik qrant müsabiqəsinin qalibi olan CASCFEN-in “Müasir türk birliyinin kommunikasiya əsasları” adlı layihəsinin reallaşmasında göstərdiyi dəstəyə görə sədr müavini Fikrət Əliyevə və İdarə Heyətinin üzvü Əkbər Qoşalıya Təşəkkürnamə, həmçinin rəhbər heyətə üzvlük vəsiqələri təqdim edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.