BAYRAQDAR MEDİA – “Xəzər dənizi seysmik baxımdan aktiv bölgələrdən biridir və seysmik bölgələrdə təkanların olması mümkün haldır”.
BAYRAQDAR MEDİA xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib.
O, deyib ki, Xəzər dənizində 25-26 yanvar tarixlərində baş verən (ml =3.1 və ml=3.5) hər iki zəlzələ zəif zəlzələlərdir: “Zəlzələ ocaqları sahil bölgələrimizdən çox uzaqda olduğuna görə quru ərazilərimizə hər hansı təsiri yoxdur. Bu baxımdan da bu zəlzələlərlə bağlı narahatlığa ehtiyac yoxdur”.
V.Rafiqqızının sözlərinə görə, maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər haqqında məlumatlar ictimaiyyətə beynəlxalq seysmoloji təşkilatlarla razılaşma protokoluna uyğun təqdim edilir.
İlk şərhi yaza bilərsiniz