BAYRAQDAR MEDİA – 2024-cü ildə tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə artım qeydə alınıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, “2024-cü il ərzində 33 milyon 343 min 857 sayda laborator müayinələr aparılıb. Onların da 5 milyin 209 MİN 889-u stasionar, 28 milyon 133 min 968-i ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayı 2022-ci illə müqayisədə 112 faiz, 2023-cü illə müqayisədə isə 31 faiz artım qeydə alınıb”.
Məlumata görə, cərrahi əməliyyat və prosedurlarda da ötən illərlə müqayisədə artım müşahidə olunub: “İl ərzində 375 min 520 cərrahi əməliyyat və prosedur (345 min 191 stasionar, 30 min 329 ambulator olmaqla) icra olunub. Ötən illərlə müqayisə etsək, cərrahi əməliyyat və prosedurlar 2022-ci illə müqayisədə 16 faiz, 2023-cü illə müqayisədə isə 9 faiz artıb”.
İlk şərhi yaza bilərsiniz