Press "Enter" to skip to content

Sədrlik Daşkənd Universitetinə keçdi

Mərasim zamanı

BAYRAQDAR MEDİA – Özbəkistanın Daşkənd şəhərində Türk Dövlətləri Təşkilatına bağlı Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) növbəti sədrliyinin təhvil-təslim mərasimi keçirilib.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Bildirilib ki, “mərasimdə Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Dr. Mirvohid Azimov, Özbəkistan Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin müşaviri Bobur Rahimov, TÜRKÜNİB-ə üzv olan universitetlərin rektorları və nümayəndələri iştirak edib. Mərasimdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) TÜRKÜNİB-ə uğurlu rəhbərliyi yüksək qiymətləndirilib”.

Bundan başqa mərasimdə Daşkənd Universitetinin TÜRKÜNİB-ə sədrliyi dövründə həyata keçiriləcək fəaliyyətlər üçün yol xəritəsinin hazırlandığı da açıqlanıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.