Press "Enter" to skip to content

Qərbi azərbaycanlılarla bağlı yeni layihələrin icrasına başlanılır

Diasporla İş üzrə Dövlət Komitəsi

BAYRAQDAR MEDİA – Diasporla İş üzrə Dövlət Komitəsi xarici ölkələrdə yaşayan Qərbi azərbaycanlılarla bağlı yeni layihələrin icrasına başlayır.

Bu barədə Komitədən məlumat verilib.

Bildirilib ki, “ilk növbədə xarici ölkələrdə yaşayan Qərbi azərbaycanlıların elektron bazası yaradılıb və bu sahədə iş sistemli şəkildə davam edir. Bazada Qərbi azərbaycanlıların hansı ölkələrdə yaşamaları, nə vaxt həmin ölkələrə köçmələri və çalışdıqları sahələrlə bağlı müfəssəl məlumat toplanır”.

Məlumata görə, Komitə xaricdə yaşayan Qərbi azərbaycanlıların həyatı, yaşayışı ilə bağlı xüsusi verilişlərin hazırlanmasına da başlayıb: “Həmin verilişlər Vəsilə Vahidqızının müəllifi olduğu “Vətən uzaqda deyil” proqramının xüsusi buraxılışları kimi hazırlanır vəkomitənin “youtube” kanalı olan Diaspor TV-də və İctimai TV-də yayımlanır. Bu günə kimi verilişlərin çəkilişləri ABŞ, Qazaxıstan, Türkiyə və bir neçə başqa ölkədə aparılıb. Bu il xaricdə yaşayan Qərbi azərbaycanlılarla silsilə müsahibələrin hazırlanması və komitənin internet radiosu olan Diaspor FM-də də yayımlanması nəzərdə tutulur”.

Məlumatda xatırladılır ki, Komitə 2025-ci ildə Doğu Anadoluda yaşayan azərbaycanlı gənclərin forumunun təşkilini planlaşdırır və bu forum Qərbi azərbaycanlılarla bağlı iri layihələrdən biridir: “Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına uyğun olaraq Şərqi Anadoluda yaşayan soydaşlarımıza diqqətin artırılması məqsədi daşıyan forumun İğdır və Qars şəhərlərindən birində təşkil olunması planlaşdırılır”.

Mission News Theme by Compete Themes.