Press "Enter" to skip to content

Qriplə bağlı müşavirə

İclas zamanı

BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətində mövsümi qrip epidemiyası ilə bağlı müşavirə keçirilib. Müşavirə Cümhurbaşqanı Ersin Tatarın rəhbərliyi ilə KKTC Cümhurbaşqanlığında olub.

Bu barədə KKTC Cümhurbaşqanlığının məlumatında qeyd edilib.

Bildirilib ki, “müşavirədə Cumhurbaşqanı Sağlık Danışmanı Prof Dr Nedime Serakıncı, Sağlık Bakanlığı Temel Sağlık Dairesi Hizmetleri Müdürü Dr. Vesile Erdoğan, Kıbrıs Türk Tabipler Birliği Halk Sağlığı ve Koruyucu Hekimlik Sorumlusu Dr. Figen Gülen İnce və Serbest Çalışan Hekimler Birliği As Başkanı Dr İlker İpekdal iştirak edib. İclasda mövsümi qrip, viruslar və xəstəlik əlamətləri haqqında ümumi məlumatlar paylaşılıb. Eyni zamanda, ümumi gigiyena qaydalarının xatırladılması və qaydalara riayət edilməsinə diqqət yetirilib, fərdi və ictimai şəkildə görüləcək ehtiyat tədbirləri müzakirə edilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.