Press "Enter" to skip to content

Madriddə “FITUR” turizm sərgisi keçirilir

Azərbaycan stendinin qarşısı

Sərgidə Azərbaycanın turizm imkanları da təqdim olunur

BAYRAQDAR MEDİA – Azərbaycanın turizm potensialı Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı, eləcə də 8 yerli tərəfdaşın iştirakı ilə İspaniyanın Madrid şəhərində keçirilən “FITUR” turizm sərgisində təqdim olunur.

Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, “sərgi çərçivəsində keçirilən təqdimatlarda Azərbaycanın turizm potensiallı məkanları, milli mətbəx nümunələri, birbaşa aviareyslər haqqında məlumat verilir. Stend ziyarətçiləri Azərbaycanın təklif etdiyi turizm məhsulları ilə tanış ola, eyni zamanda milli şirniyyatların və yerli şərabların dadına baxa bilirlər”. Məlumata görə, yanvarın 26-dək davam edəcək turizm sərgisində B2B (Biznesdən biznesə), B2C (Biznesdən müştəriyə) formatlı görüşlər keçiriləcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.