Press "Enter" to skip to content

İcbari Sığorta Bürosu tərəfindən 970 min manata yaxın kompensasiya ödənilib

BAYRAQDAR MEDİA – 2024-cü ildə İcbari Sığorta Bürosu (İSB) tərəfindən 320 sığortasız və 19 naməlum nəqliyyat vasitələrinin iştirakı ilə baş vermiş 339 yol-nəqliyyat hadisəsi üzrə kompensasiya ödənilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya İcbari Sığorta Bürosundan məlumat verilib.

Bildirilib ki, “252 şəxsin sağlamlığına vurulmuş müxtəlif dərəcəli xəsarətlərə görə 327 925 manat, 16 şəxsin əmək qabiliyyətini tam və ya qismən itirməsinə (əlillik) səbəb olmuş xəsarətlərə görə 41 min manat və 135 şəxsin ölümü ilə nəticələnmiş hadisələr üzrə 597 min 634 manat olmaqla,ümumilikdə 403 şəxsə münasibətdə 966 min 559 manat kompensasiya ödənişləri həyata keçirilib.”.

Məlumatda deyilir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində baş vermiş sığorta hadisələri nəticəsində icbari sığorta qanunvericiliyində nəzərdə tutulmuş sığorta ödənişlərinin həyata keçirilməsi mümkün olmadıqda sağlamlığına zərər dəyən üçüncü şəxslərə kompensasiya ödənişinin verilməsi İcbari Sığorta Bürosu (İSB) tərəfindən həyata keçirilir.

O da qeyd edilib ki, kompensasiya ödənişi üçüncü şəxsin sağlamlığına naməlum və ya oğurlanmış avtonəqliyyat vasitəsilə zərər vurulduqda, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi mövcud olmayan şəxs tərəfindən üçüncü şəxsin sağlamlığına zərər vurulduqda və sığorta qanunvericiliyində nəzərdə tutulmuş sığorta ödənişlərinin həyata keçirilməsi mümkün olmadıqda təmin edilir. Kompensasiya ödənişləri ilə bağlı daha ətraflı məlumatı bu linkdən İSB-nin internet səhifəsindən əldə edə bilərsiz”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.