BAYRAQDAR MEDİA – Yanvarın 24-də Azərbaycan müdafiə nazirinin müavini – Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyev Türkiyəyə rəsmi səfər edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.
Xəbərdə deyilir ki, “səfər çərçivəsində nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu ilə görüşüb. Görüşdə qardaş ölkə ilə hərbi sahədə əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə edilib. Azərbaycan-Türkiyə tərəfdaşlığının regional təhlükəsizliyə verdiyi töhfələrdən və bunun mümkün inkişaf perspektivlərindən danışılıb”.
Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
İlk şərhi yaza bilərsiniz