Press "Enter" to skip to content

 Eskişehir nümayəndə heyəti Londonda

Görüşdən xatirə fotosu

Oral Büyüksarı: Səfir Koray Ertaş bu cür təşəbbüslərin mədəni əlaqələrin gücləndirilməsində böyük əhəmiyyət daşıdığını vurğuladı

BAYRAQDAR MEDİA – Eskişehirdən heyət olaraq Londona səfərimiz maraqlı görüşlərlə yadda qaldı. Bu sırada Türkiyənin Böyük Britaniyadakı səfiri Koray Ertaş və xanımı Sevcan Ertaşla görüşümüzü xüsusi qeyd etməliyəm. Qəbul cənab səfirin Londondakı iqamətgahında, özü də səmimi bir atmosferdə keçdi”.

Bunu BAYRAQDAR MEDİA-ya səfərin təşkilatçılarından biri, Eskişehir lobbisinin önəmli nümayəndələrindən olan kapitan pilot Oral Büyüksarı məlumat verib.

O, bildirib ki, səmimi şəraitdə keçən görüşdə Eskişehrin mədəni və iqtisadi dəyərləri, həmçinin iki ölkə arasında əlaqələrin yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələr müzakirə edilib.

Heyətdə Oral Büyüksarı ilə yanaşı Londonda yaşayan, əslən Eskişehirin Mihalıççık bölgəsindən olan jurnalist Fatih Öncü, Çifteler bölgəsindən olan iş adamı Bilen Sarıbardak, Seyitqazidən Serdar Küçükakkaya və həyat yoldaşı olub: “Görüşdə Eskişehirin beynəlxalq səviyyədə tanıdılması üçün layihələr gündəmə gətirildi, mədəni tədbirlər və əməkdaşlıq imkanlarından bəhs edildi. Nümayəndə heyəti olaraq Eskişehirin bənzərsiz tarixi və mədəni irsini dünya səhnəsinə çıxarmaq məqsədi daşıyan layihələr haqqında məlumat verdik. Səfir Koray Ertaş bu cür təşəbbüslərin Eskişehirin tanıdılmasında və iki ölkə arasında mədəni əlaqələrin gücləndirilməsində böyük əhəmiyyət daşıdığını vurğuladı”.

O.Büyüksarının sözlərinə görə, görüşün sonunda səfirə və xanımına Eskişehirin yerli məhsulları təqdim olunub, xatirə fotoşəkilləri çəkdirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.