Press "Enter" to skip to content

Daha bir əməkdaşlıq memorandumu

Görüş zamanı

BAYRAQDAR MEDİA – MÜSİAD Azərbaycan və Rabitəbank rəhbərliyi birgə əməkdaşlıq çərçivəsində memorandum (MOU) imzalayıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya “MÜSİAD Azərbaycan”dan məlumat verilib.

Bildirilib ki, “görüşdə “MÜSİAD Azərbaycan”ın sədri Rəşad Cabirli və idarə heyəti, MÜSİAD Azərbaycanın üzvləri, Rabitəbankın rəhbərliyi, o cümlədən, Müşahidə Şurasının sədri Zakir Nuriyev və İdarə Heyəti sədrinin 1-ci müavini Orhan Gültekin iştirak edib. Tədbirin açılışında “MÜSİAD Azərbaycan”ın sədri Rəşad Cabirli, Rabitəbankla olan əməkdaşlığın genişləndirilməsi niyyətini vurğulayaraq, gələcəkdə daha çox əməkdaşlıqlara birgə imza atacaqlarına inandıqlarını qeyd edib”.

MÜSİAD Azərbaycan və Rabitəbank rəhbərliyi birgə əməkdaşlıq çərçivəsində memorandum imzalayıb
MÜSİAD Azərbaycan və Rabitəbank rəhbərliyi birgə əməkdaşlıq çərçivəsində memorandum imzalayıb

Məlumata görə, Rabitəbankın Müşahidə Şurasının sədri Zakir Nuriyev çıxışı zamanı İslam bankçılığı fəaliyyəti və inkişafından danışaraq, xarici investisiyaların cəlb olunması ilə bağlı ölkədə sahibkarlığın inkişafının artırılmasına diqqət çəkib: “O, “İslam Bankçılığı üzrə xarici investisiyaların cəlb olunması, sahibkarlığın inkişafının artırılması ehtiyaclarını qarşılamaq çox vacibdir,” – deyə bildirib. Rabitəbankın İdarə Heyəti sədrinin 1-ci müavini Orhan Gültekin çıxışı zamanı , Rabitəbankın 32 ildən çoxdur müştərilərinə geniş çeşiddə maliyyə xidmətləri təqdim etdiyini bildirib. O, qeyd edib ki, bu gün ölkədə ilk dəfə olaraq qlobal miqyasda geniş yayılan İslam Bankçılığının təməlləri qoyulub. Bu prosesdə İslam İnkişaf Bankı (IDB) və Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) kimi qurumlardan lazım olan rəsmi icazələr alınıb. Bank bu maliyyə alətlərini müştərilərinə təqdim etməyə davam edəcək”.

Məlumata əsasən, tədbirin əsas məqsədi İslam Bankçılığının Azərbaycanın maliyyə sektorunda tətbiqinin genişləndirilməsi, MÜSİAD Azərbaycanın üzvlərinin maliyyə imkanlarını artırmaq və İslam maliyyəsinin ölkədən kənarda daha geniş əhatə olunmasına təkan vermək olub: “İslam Bankçılığının Azərbaycanda inkişafı, sahibkarların yeni maliyyə həllərinə çıxışı, Rabitəbankın hədəfləri və işlərə şəffaf yanaşması geniş işıqlandırılan tədbirin yekununda bütün iştirakçılara təşəkkür edilib”

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.