Press "Enter" to skip to content

İnformasiya və sənəd menecmenti fakültəsinə qəbul olunanların sayı artıb

Bakı Dövlət Universiteti

BAYRAQDAR MEDİA – Son 3 ildə Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinə keçid balları və qəbul olan tələbələrin sayı artıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “bu, fakültənin 2024-cü il üzrə hesabatında əksini tapıb. Hesabatda qeyd olunub ki, ötən il fakültənin “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisasına qəbul planı 98 faiz, “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisasına qəbul planı 100 faiz dolub”.

Sonra xəbərdə, “hesabat ilində fakültə əməkdaşları tərəfindən 5 dərs vəsaiti, 40 proqram, 3 monoqrafiya, xarici jurnallarda 59 (onlardan 53-ü indekslənən jurnallarda – 1 məqalə Q1 kvartilli, 1 məqalə Q4 kvartilli jurnalda olmaqla), yerli elmi jurnallarda isə 43 elmi məqalə çap olunub. Ümumilikdə fakültə alimləri tərəfindən 120 elmi tezis nəşr edilib. Ötən il fakültədə 22 elmi seminar, 10 ustad dərsi təşkil edilib. Tələbə Elmi Cəmiyyətinin xətti ilə elmi tədqiqat işlərinə 50-dən çox tələbə cəlb olunub. 30-dan artıq tələbə konfrans və elmi seminarlarda məruzə edib” deyə qeyd edilir.

Xəbərdə həmçinin deyilir ki, “2024-cü ildə fakültə alimləri informasiya və sənəd axınının menecmenti, marketinqi, sahə üzrə logistika və konsaltinq xidmətləri, həmçinin informasiya resurslarının Azərbaycanda yerləşməsi və istifadəsinin elmmetrik təhlili ilə bağlı mühüm elmi tədqiqatlar aparıblar. Fakültənin aparıcı 10 aliminin orta Hirş indeksi 7-yə bərabərdir. Dosentlər Pərviz Kazimidə bu göstərici 21, Nadir İsmayılovda isə 13-dür”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.