Press "Enter" to skip to content

Banklardan təxminən 9,5 milyard dollar alınıb

Valyuta alışı

BAYRAQDAR MEDİA – 2024-cü ildə banklar və fiziki şəxslər arasında xarici valyuta əməliyyatlarının ümumi dövriyyəsi 2023-cü illə müqayisədə 19 faiz (4 milyard dollar) artaraq 25,5 milyard dollar təşkil edib.

Bu barədə xabar.uz saytı məlumat yayıb.

Qeyd edilib ki, məlum statistika Özbəkistan Mərkəzi Bankının fiziki şəxslərin valyuta əməliyyatlarına dair icmalında öz əksini tapıb.

Qeyd olunur ki, bu dövrdə fiziki şəxslər banklara 2023-cü illə müqayisədə (2023-cü ildə 12,3 milyard dollar) 16,1 milyard dollar və ya 31 faiz çox xarici valyuta satıblar: “Bununla yanaşı, fiziki şəxslərin banklardan aldığı xarici valyutanın həcmi 2023-cü illə müqayisədə 3 faiz artaraq 9,4 milyard dollara (2023-cü ildə 9,1 milyard dollar) çatıb. Nəticədə fiziki şəxslər tərəfindən banklara satılan xarici valyutanın həcmi alınan valyutanın həcmindən 6,7 milyard dollar çox olub və bu müsbət fərq də öz növbəsində daxili valyuta bazarında əlavə təklif mənbəyi rolunu oynayıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.