Press "Enter" to skip to content

“Xeyir xəbər” tamaşası növbəti dəfə nümayiş olunub

“Xeyir xəbər” tamaşası növbəti dəfə nümayiş olunub

BAYRAQAR MEDİA – Yanvarın 22-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Sumqayıt Dövlət Dram Teatrının “Xeyir xəbər” tamaşası nümayiş olunub.

44 günlük Vətən müharibəsinə həsr olunmuş tamaşa Əməkdar incəsənət xadimi Əli Əmirlinin eyniadlı pyesi əsasında hazırlanıb.

Səhnə əsəri haqqında onun quruluşçu rejissoru Fuad Cavadzadə BAYRAQDAR MEDİA-ya məlumat verib: “Tamaşamız Bakıda artıq üçüncü dəfədir nümayiş olunur. İlk dəfə tamaşanın ötən mövsüm Sumqayıt Dövlət Dram teatrında premyerası oldu. O zaman böyük maraqla qarşılandı. Ondan sonra dekabrın 3-də Mədəniyyət Nazirliyinin və Akademik Milli Dram Teatrının birgə təşkilatçılığı ilə “Bölgə teatrlarının Bakı premyerası” layihəsi çərçivəsində Akademik Milli Dram Teatrında təqdim olundu. Bu dəfə isə Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında nümayiş olundu. Mən Mədəniyyət Nazirliyinə, Sumqayıt Dövlət Dram Teatrına, Milli Dram Teatrına, Milli Gənc Tamaşaçılar Teatrın və eləcə də diqqət göstərən, gəlib izləyən hər bir kəsə dərin təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, səhnə əsərinin bədii rəhbəri Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir. Tamaşanın montaj və qrafik işləri isə Sahil Nəzərova məxsusdur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.