BAYRAQDAR MEDİA – Dövlət Vergi Xidməti vətəndaş müraciətlərinə diqqətlə yanaşır. Bu 2024-cü ildə də belə olub.
Qurumdan BAYRAQDAR MEDİA-ya verilən məlumaat görə, 2024-cü ildə Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 823 vətəndaşın, o cümlədən şəhid ailəsi və müharibə iştirakçısı olan 47 vətəndaşın qəbulu təşkil edilib. Məlumatda deyilir ki, qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb.
İlk şərhi yaza bilərsiniz