Press "Enter" to skip to content

“Siyər” dərsliyi nəşr olunub

“Siyər” dərsliyi nəşr olunub

BAYRAQDAR MEDİA – Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İlahiyyat fakültəsinin dekanı, ilahiyyat üzrə fəlsəfə doktoru, Dos. Elnurə Əzizovanın “Siyər” dərsliyi nəşr olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Aİİ-nin mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “dərslik 12 fəsildən ibarətdir. Kitab ilk dövr islam tarixindən, islamaqədərki ərəblərin siyasi, iqtisadi, ictimai, dini vəziyyətlərindən, Məhəmməd peyğəmbərin həyatı və onun Məkkədəki fəaliyyətindən bəhs edir. Həmçinin hicrətin siyasi, iqtisadi və ictimai nəticələri, qeyri-müsəlmanlarla münasibət kitabın müxtəlif fəsillərində yer alır”.

Sonra xəbərdə, “dərsliyin digər fəsillərində islamın Ərəbistanda yayılması, Məhəmməd peyğəmbərin zamanında dövrün ictimai, iqtisadi, siyasi vəziyyəti, eləcə də islam tarixinin önəmli hadisələri müxtəlif başlıqlar altında verilib. Dərslik ilahiyyat sahəsi üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub”.

Kitabın hazırlanmasında mövzu ilə əlaqəli Azərbaycan, ərəb və türk dillərində mövcud olan mənbələrdən istifadə edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.