Press "Enter" to skip to content

Qardaşlıq bağlarının daha da möhkəmlənməsi məmnunluq doğurur

Görüş zamanı

Fazil Mustafa Cahit Bağçı ilə vida görüşü keçirib

BAYRAQDAR MEDİA – Yanvarın 23-də Milli Məclisdə Türkiyənin Azərbaycandakı fəaliyyəti başa çatan səfiri Cahit Bağçı ilə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa arasında vida görüşü olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsindən məlumat verilib.

Məlumata görə, görüşdə Fazil Mustafa Bolu vilayətinin Qartalqaya bölgəsində baş vermiş yanğınla bağlı başsağlığı verib və qardaş ölkənin dərdinə şərik olduğunu bildirib: “Komitə sədri qeyd edib ki, səfir Cahit Bağçı öz fəaliyyəti ilə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına töhfələr verib. O, səfirin gələcək fəaliyyətində də bu qardaşlıq və strateji əməkdaşlıq bağlarını möhkəmləndirəcəyinə inamını ifadə edib”.

Tərəflər bir-birinə xatirə hədiyyələri təqdim edib
Tərəflər bir-birinə xatirə hədiyyələri təqdim edib

Məlumata əsasən, öz növbəsində, Fövqəladə və səlahiyyətli səfir Cahit Bağçı Azərbaycandakı fəaliyyəti müddətində qazandığı xatirələrin onun yaddaşında silinməz izlər buraxdığını vurğulayıb: “Diplomat, Azərbaycan xalqına sevgi və bağlılığını ifadə edərək, “harada xatirələrin varsa, oranın bir hissəsi olaraq qalacaqsan” fikrini xatırladıb. Səfir, həmçinin “Qardaş Azərbaycanın tarixi Zəfərinin qazanıldığı, ərazi bütövlüyü və suverenliyin tam bərpa olunduğu illərdə səfir olmanın qüruru bir başqadır və mən bununla fəxr edirəm” deyib”.

Görüş zamanı iki ölkə arasındakı qardaşlıq bağlarının getdikcə daha da möhkəmlənməsindən məmnunluq ifadə olunub və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Sonda tərəflər bir-birinə xatirə hədiyyələri təqdim edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.