BAYRAQDAR MEDİA – Denizli Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Osman Zolan, AK Parti İl Başçısı Muhammet Subaşıoğlunu ziyarət edib.
Bu barədə denizli24haber.com saytı məlumat yayıb.
Məlumata görə, M.Subaşıoğluna ən xoş arzularını çatdıran O.Zolan sosial media hesabındakı paylaşımında bunları deyib: “AK Parti Denizli İl başqanımız cənab Muhammet Subaşıoğluna təbrik ziyarətində olduq. Mehriban qonaqpərvərliyinə görə minnətdarlığımı bildirir, müqəddəs vəzifəsində uğurlar arzulayıram. İnşallah birlik və bərabərlik içində ölkəmizə, şəhərimizə, millətimizə xidmət etməyə davam edəcəyik”.
Xəbərdə deyilir ki, bu iki şəıxs arasında əvvəllər gərginlik olub. Osman Zolanın Böyükşəhər Bələdiyyəsi və Muhammet Subaşıoğlunun Mərkəzəfəndi Bələdiyyəsinin başçısı olduğu 2014-cü il seçkilərində başlayan ikili arasında problemlər 2019-cu il seçkilərində daha qabarıq üzə çıxıb.
Sayt bildirir ki, uzun illərdir üz-üzə görüşməyən ikisinin bu görüşü Denizli siyasətində günün mövzusuna çevrilib.
İlk şərhi yaza bilərsiniz