Press "Enter" to skip to content

Komitə sədri qəbul keçirib

Qəbul zamanı

Ümumilikdə 14 vətəndaşla görüşən Fazil Mustafa, qaldırılan vacib məsələlərlə əlaqədar müvafiq dövlət orqanlarına müraciət edəcəyini bildirib

BAYRAQDAR MEDİA– Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa yeni ildə Məclisdə birinci vətəndaş qəbulunu keçirib.

Bu barədə BAYRAQDAR MEDİA-ya komitədən məlumat verilib.

Fazil Mustafa, qəbula gələnləri ətraflı dinlədikdən sonra, toxunulan mövzularla bağlı fikirlərini bölüşüb
Fazil Mustafa, qəbula gələnləri ətraflı dinlədikdən sonra, toxunulan mövzularla bağlı fikirlərini bölüşüb

Məlumatda deyilir: “QHT-parlament əməkdaşlığına dair konstruktiv təkliflərlə çıxış edən CASCFEN sədri, Əməkdar jurnalist Nadir İsmayılov, Şirvan şəhər Cümə məscidi ilə bağlı məsələləri diqqətə çatdıran dindarlar – Əliqismət Məmmədov, Vüqar Əsgərov, Allahyar Zeynalov, təqaüddə olan hərbçilər – polkovnik-leytenant Abbas Yusifov, mayor Ramil Hacıyev, baş leytenant Azər Qasımov, Qarabağda məskunlaşaraq, orada çalışmaq istəyən Nadir Məmmədov və b. ilə – toplam 14 vətəndaşla görüşən Fazil Mustafa, onları ətraflı dinlədikdən sonra, toxunulan mövzularla bağlı fikirlərini bölüşüb”.

Milli Məclisdə ictimai birliklər, həmkarlar təşkilatları, dini qurumlarla və s. bağlı aparılmış müzakirələr, qəbul edilmiş qanunlar haqqında məlumat verilib
Milli Məclisdə ictimai birliklər, həmkarlar təşkilatları, dini qurumlarla və s. bağlı aparılmış müzakirələr, qəbul edilmiş qanunlar haqqında məlumat verilib

Məlumata görə, komitə sədri qaldırılan vacib məsələlərlə əlaqədar müvafiq dövlət orqanlarına müraciət edəcəyini bildirib: “İctimai birliklər və dini qurumlar komitəsinin fəaliyyəti barədə danışan Fazil Mustafa, görüş iştirakçılarına Milli Məclisdə ictimai birliklər, həmkarlar təşkilatları, dini qurumlarla və s. bağlı aparılmış müzakirələr, qəbul edilmiş qanunlar haqqında məlumat verib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.