BAYRAQDAR MEDİA – Özbəkistan həbsxanalarında kitab oxuyan məhbusların cəza müddəti azaldıla bilər.
Bu barədə xabar.uz saytı məlumat yayıb.
Məlumata görə, bu təkliflə “Milli Dirçəliş” Partiyası çıxış edib: “Partiya xarici təcrübəyə əsaslanaraq bir neçə ildir ki, kitab oxuyan məhkumların cəzasının azaldılması təklifini irəli sürür. Nəhayət, bununla bağlı qanun layihəsi hazırlanıb”.
Qeyd olunur ki, təsdiq edilmiş siyahı üzrə 1 kitab oxuyub təyin olunmuş imtahandan keçən məhkumun cəzası 3 gün azalacaq. Məhkumların oxuduqları ədəbiyyatların siyahısı Respublika Mənəviyyat və Maarifçilik Mərkəzi tərəfindən təsdiq edilir.
İlk şərhi yaza bilərsiniz