Press "Enter" to skip to content

Kitab oxuyan məhbusların cəza müddəti azaldıla bilər

1 kitab oxuyub təyin olunmuş imtahandan keçən məhkumun cəzası 3 gün azalacaq

BAYRAQDAR MEDİA – Özbəkistan həbsxanalarında kitab oxuyan məhbusların cəza müddəti azaldıla bilər.

Bu barədə xabar.uz saytı məlumat yayıb.

Məlumata görə, bu təkliflə “Milli Dirçəliş” Partiyası çıxış edib: “Partiya xarici təcrübəyə əsaslanaraq bir neçə ildir ki, kitab oxuyan məhkumların cəzasının azaldılması təklifini irəli sürür. Nəhayət, bununla bağlı qanun layihəsi hazırlanıb”.

Qeyd olunur ki, təsdiq edilmiş siyahı üzrə 1 kitab oxuyub təyin olunmuş imtahandan keçən məhkumun cəzası 3 gün azalacaq. Məhkumların oxuduqları ədəbiyyatların siyahısı Respublika Mənəviyyat və Maarifçilik Mərkəzi tərəfindən təsdiq edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.