Press "Enter" to skip to content

İl ərzində 83 milyona yaxın tibbi xidmət göstərilib

BAYRAQDAR MEDİA – TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibbi müəssisələrində 2024-cü il ərzində ümumilikdə 24 milyon 63 min 849 müraciət qeydə alınıb. Bunlardan 588 min 431-i stasionar, 23 milyon 475 min 418-i ambulator olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, “tibb müəssisələrinə olan müraciətlərin ümumi sayı 2022-ci illə müqayisədə 23 faiz, 2023-cü illə müqayisədə 10 faiz çox olub. 2024-cü ildə göstərilən xidmət sayında ötən illərlə müqayisədə artım müşahidə olunub. Belə ki, sözügedən müddət ərzində 82 milyon 426 min 768 (11 milyon 202 min 755 stasionar, 71 milyon 224 min 13 ambulator olmaqla) tibbi xidmət göstərilib”.

Məlumata görə, tibb müəssisələrində göstərilən tibbi xidmətlərin ümumi sayı 2022-ci illə müqayisədə 54 faiz, 2023-cü illə müqayisədə isə 21 faiz artıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.