BAYRAQDAR MEDİA – Son bir ildə əlilliyi olan 13 minə yaxın şəxs məşğulluq tədbirlərinə cəlb edilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, onlardan 10,9 min şəxs münasib işlərlə təmin edilib. Həmçinin, 2024-cü ildə əlilliyi olan 1,5 min şəxs özünüməşğulluq proqramına cəlb edilib.
İlk şərhi yaza bilərsiniz