Press "Enter" to skip to content

Çöl donuzları təsərrüfatlara ziyan vurub

BAYRAQDAR MEDİA – Denizlinin Buldan rayonunda əkinçilik sahələrinə ziyan vuran çöl donuzlarına qarşı genişmiqyaslı ov təşkil edilib.

Bu barədə denizli24haber.com saytı məlumat yayıb.

Məlumata görə, Türlübey, Boğazçiftlik, köhnə Dərbənd və Karaköy məhəllələrini əhatə edən ov fermerlərin tələbləri istiqamətində müvafiq qurumların icazəsi ilə keçirilib: “Rayonda sürətlə artan çöl donuzları əkin sahələrinə ziyan vurur, fermerləri çətin vəziyyətə salır. Türlübey İlçe Muxtarı İmdat Karataş rəsmi qurumlara etdiyi müraciətlər nəticəsində lazımi icazələrin alınmasını təmin edib”.

Beləliklə, ətraf rayon və kəndlərdən tam ov icazəsi olan və AVBİS sistemi ilə kvota alan ovçular rəsmilərin müşayiəti ilə ovda iştirak ediblər: “Təxminən 70 ovçunun iştirak etdiyi uzun sürən ov zamanı 15-20 çöl donuzu ovlanaraq bölgədə təhlükə azaldılıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.