BAYRAQDAR MEDİA – “Yanvarın 20-dən 21-nǝ keçən gecə saat 03:30-da qardaş Türkiyənin Bolu şǝhǝrindǝki “Kartalkaya” kurortunda baş vermiş yanğın bu dəfə Türkiyəyə verilən mesajdır”.
Bunu BAYRAQDAR MEDİA-ya verdiyi açıqlamada Türkiyədə yaşayan Azərbaycanlı fövqəladə hallar eksperti Vüsalə Əliyeva deyib.
O, baş verən hadisədə məsuliyyət daşıyanlardan danışıb: “Ağac materialından inşa edilən, dağın zirvǝsindǝ yerlǝşən, 300 nǝfǝrdǝn çox qonaq qǝbul etmǝyǝ ǝlverişli bir hoteldə yanğın balonunun, yanğından mühafizǝ xidmǝtinin olmamasına görə, hotel sahibi böyük mǝsuliyyǝt daşıyır. Yanğınsöndürmǝ idarǝsinin 40 km uzaqlıqda olması da işi çətinləşdirən amildir. Hotelin bir günlük qonaqlama ödǝnişi 30 min Türkiyə lirəsidir. Bu, Türkiyǝdǝ bir mǝmur maaşına bǝrabǝrdir. Bu cür hotelin tǝhlükǝsizlik sistemi ǝn yüksǝk sǝviyyǝdǝ olmalı idi. Bundan başqa, yanğından qaçış pillǝkǝnlǝri hotelin içərisində, yanğın başlanan kimi alov alan yerdǝ yerlǝşir. Bütün bunlar hotel müdiriyyǝtinin birbaşa günahkar olduğunu göstǝrir”.
Qəsd ehtimalına gəlincə, V.Əliyeva deyib ki, təxribat versiyası da mümkündür: “Mənim fikrimcə, burada qəsd ehtimalı var. Çünki Türkiyǝdǝ fǝaliyyǝt gösdǝrǝn xarici xüsusi xidmət orqanlarının casusları burada yanğın törətmək üçün kǝşfiyyat aparıb, ǝmǝllǝrinǝ ǝn asan nail ola bilǝcǝklǝri hotellǝri müǝyyǝn ediblǝr. Mǝsǝlǝ burasındadır ki, bu hadisədən bir neçǝ saat sonra Sivas şǝhǝrindǝki bir xizǝk kurortunda da eyni şǝkildǝ yanğın baş verib. Hələ ki, diqqǝtlǝr Boluya yönǝldiyi üçün o hadisə haqqında ətraflı mǝlumat yoxdur. Sivasda baş verən hadisədə 2 nəfər ölüb. Fikrimcə, Türkiyǝnin gündǝmini faciǝli hadisǝlǝrlǝ mǝşğul edib son vaxtlar əldə edilən çox mühüm nailiyyǝtlǝrə kölgə salmağa, Suriya vǝ Fǝlǝstin, Qǝzza fǝaliyyǝtlǝrini dayandırmağa, Türkiyǝni zǝiflǝtmǝyǝ cəhd edirlər. Düşünürǝm ki, dekabrda Azərbaycan təyyarəsinin vurulması da bu cür qəsd, sabotaj idi. Yadınızdadırsa, bundan öncə Azǝrbaycan Suriyanın yenidən qurulmasında Türkiyə ilə birlikdə iştirak edəcəyi ilə bağlı bəyanat vermişdi”.
Ekspert hesab edir ki, baş verən hadisə ilə bağlı Azərbaycanın da çıxaracağı dərslər var:
“1.Azǝrbaycanda da qış turizmi infrastrukturları, xizǝk kurortları var. Xalqımız da ağacdan inşa edilmiş tikililəri sevir. Onun üçün də ağacdan inşa olunan vǝ ya hǝtta hǝr hansı kurort mǝrkǝzlǝrimizin tǝhlükǝsizlik sistemlǝrinə nəzarəti gücləndirmək lazımdır.
2.Bu hadisǝ bilərəkdən mǝktǝblilǝrin qış tǝtili günlərinə salınıb. Bolu kurortunda ölüm sayı və uşaq ölümləri tǝəssüf ki, çoxdur. 76 nǝfǝrin ǝn azı 25-i uşaq vǝ yeniyetmǝlǝrdir. Buna görǝ dǝ Azǝrbaycanda da qış tǝtili günlərində insanların ailǝvi gedǝcǝklǝri məkanlarda tǝhlükǝsizlik qaydalarına ikiqat riayət etmǝk lazımdır.
3.Qlobal güclǝrin həyata keçirmək istədiyi layihə insanları “ağıllı şǝhǝr” adı altında 15 dǝqiqǝlik kiçik şǝhǝrciklǝrǝ mǝhkum etmək, insanların azadlığını mǝhdudlaşdırmaqla dünyanı robot sistemilǝ idarǝ etmǝk vǝ bütün yaşam tǝrzimizin, hǝrǝkǝtlǝrimizin onların istǝyi kimi olmasıdır. Ona görə də ətraf mühiti, meşələri, təbii resursları qorumağa diqqət 3 qat artırılmalıdır”.
İlk şərhi yaza bilərsiniz