Press "Enter" to skip to content

Türk turistlərin seçimi

Türkiyə turizminin imkanları

BAYRAQDAR MEDİA – Türkiyə vətəndaşları 2024-cü ildə istirahət üçün hansı yerlərə üstünlük verir? Tatilsepet şirkətinin araşdırması bu suala cavab verib.

Bu barədə haberkibris.com saytı məlumat yayıb.

Məlumata görə, sorğu nəticəsində Antalyanın yenidən ən çox seçilən daxili turizm məkanı olduğu müəyyənləşib: “Antalya həm təbiəti, həm də xidmət müxtəlifliyi ilə türk turistlərin sevimlisi olmağa davam edir. Xüsusilə uşaqlı ailələrin böyük diqqətini çəkir. İkinci sırada isə Kıbrıs gəlir. Kıbrıs uzun yay ayları və qısa uçuş müddətləri səbəbindən populyar olaraq qalır”.

Məlumatda deyilir ki, İstanbul və Bodrum da türk turistlərin tez-tez üstünlük verdiyi yerlər sırasındadır: “Təbii gözəllikləri ilə seçilən Sapanca xüsusilə həftə sonları üstünlük verilən marşrutdur”.

Türkiyəli turistlərin xaricdə ən çox üstünlük verdiyi ölkələr arasında isə ilk üçlükdə Yunanıstan, Gürcüstan və Misir var.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.