BAYRAQDAR MEDİA – 2024-cü il ərzində ümumilikdə vergi orqanlarına 472.628 müraciət daxil olub.
Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Məlumata görə, müraciətlərin 96,1 faizini ərizələr, qalan hissəsini şikayətlər və müxtəlif təkliflər təşkil edib: “Müraciətlərin 97,8 faizinin baxılması hesabat dövründə başa çatdırılıb, 2,2 faizi isə hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərin 53,9 faizi həll edilib, 44,2 faizi ilə bağlı müvafiq izahat verilib, qalanları barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb”.
Məlumatda deyilir ki, şikayətlərin faktiki sayı 13.935 olub ki, bu da 2023-cü illə müqayisədə təxminən 8,5 faiz azdır: “Həll edilmiş şikayətlər, əsasən, kameral vergi yoxlamaları, vergi ödəyicilərinin qeydiyyatı, sosial sığorta ödənişləri, vergi borcları, şəxsi hesab vərəqələri, riskli vergi ödəyiciləri, vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), maliyyə sanksiyalarının silinməsi, artıq ödənilmiş ver gilərin əvəzləşdirilməsi, operativ vergi nəzarəti tədbirləri və digər məsələlərlə bağlı olub”.
İlk şərhi yaza bilərsiniz