Press "Enter" to skip to content

“Sevgi evləri” fəaliyyətə başladı

“Sevgi evləri”nin açılış mərasimi

İçim Çağıner Kavuklu: Uşaqlar xoşbəxt, biz ümidliyik

BAYRAQDAR MEDİA – Tangül Ünal Çağıner Uşaqlara Yardım Fondunun ən böyük layihəsi olan “Sevgi evləri” layihəsi möhtəşəm mərasimlə açılıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya Fonddan məlumat verilib.

Məlumata görə, Fondun Qəyyumlar Şurasının sədri Dr. İçim Çağıner Kavuklu açılışda etdiyi çıxışında layihənin tamamlanmasından çox xoşbəxt olduqlarını bildirib: “Dövlətin himayəsində olan uşaqlara xoşbəxt, dinc və şəfqət içində böyüyə biləcəkləri mühiti təmin etməyi hədəflədiklərini vurğulayan Dr. İçim Çağıner Kavuklu “ bu məqsədlə “Sevgi evləri”nin tikildiyini və uşaqların özlərini təkmilləşdirə bildikləri evlə təmin olunduğunu bildirib”.

Bildirilib ki, “açılışda duyğulu anlar yaşandığını vurğulayan Dr. İçim Çağıner Kavuklu, həmçinin “anamın və atamın ruhu şad olsun” deyib. O, Fondun bu layihəyə verdiyi önəmi vurğulayaraq çıxışını “Uşaqlar xoşbəxtdir, biz ümidliyik” sözləri ilə yekunlaşdırıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.