Press "Enter" to skip to content

 Məşğulluq proqramları mütəmadi olaraq genişlənir

İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə görüş

İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş keçirilib

BAYRAQDAR MEDİA – İşğaldan azad olunmuş ərazilərdə məşğulluq proqramları mütəmadi olaraq genişlənir.

Bu barədə BAYRAQDAR MEDİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “həmin ərazilərə köçürülən sakinlərdən əmək qabiliyyətli olanların 86 faizinin məşğulluğu artıq təmin edilib. Bu barədə işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti görüşdə bildirilib. Görüşdə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Sərhəd Xidməti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Minatəmizləmə Agentliyi, “Dost Aqropark” MMC və “Safe Point” QSC-nin nümayəndələri iştirak ediblər”.

Məlumata görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev çıxışında Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində görülən işləri, işğaldan azad edilmiş ərazilərimizdə məşğulluğun təminatı istiqamətində həyata keçirilən tədbirləri qeyd edib: “Bu tədbirlərin təşkilində işəgötürənlərlə əməkdaşlığa xüsusi önəm verildiyi diqqətə çatdırılıb. Qeyd olunan ərazilərə köçürülən və köçürülməsi nəzərdə tutulan vətəndaşların məşğulluqlarının təmin olunması məqsədilə işəgötürənlərlə birgə görülmüş işlər, bu istiqamətdə qarşıda duran vəzifələr müzakirə olunub”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.