Press "Enter" to skip to content

Köç etməyən leyləklər təəccübləndirib

Qarsda qalan leyləklər

BAYRAQDAR MEDİA – Qarsda qış yaxınlaşdıqda köç etdiyi və mövsüm boyu insanlara bölgədəki varlığını unutdurduğu bilinən leyləklər bu il insanları təəccübləndirib.

Bu barədə karsguncel.com saytı məlumat yayıb.

Bildirilib ki, “dondurucu temperaturun təsirli olduğu Qarsda qışda görülən leyləklər bir ilk olub. Adətən qış ayları yaxınlaşdıqca Qarsı tərk edib daha isti iqlimlərə köç edən leyləklərdən bəzilərinin Qars çayının kənarında mənfi 15 dərəcə soyuqda bölgədən ayrılmadığı görülüb. Dikmə kəndi yaxınlığında görülən leyləklərin kənddə yuvası olduğu məlum olsa da, onların bu il niyə köç etməmələri maraq doğurub. Qış şəraitinə öyrəşməyən leyləklərin qarlı torpaqda yem axtardığı anlar kameralara düşüb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.