BAYRAQDAR MEDİA – 2024-cü ilin yanvar-dekabr ayları ərzində 250 min 889 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, bunun 35 min 740-ı pensiya, 215 min 149-u isə müavinət (o cümlədən MDSS hesabına ödənilən) və təqaüd təyinatıdır.
İlk şərhi yaza bilərsiniz