BAYRAQDAR MEDİA – “Məktəbdə…” layihəsinin növbəti görüşü yanvarın 23-də paytaxtdakı 88 nömrəli tam orta məktəbdə keçiriləcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Məlumata görə, İdarə tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı millət vəkili Hikmət Babaoğlu olacaq: “Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, uşaqlarda özünəinam və özünüinkişaf xüsusiyyətlərinin formalaşdırılması, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək”.
.
İlk şərhi yaza bilərsiniz