Press "Enter" to skip to content

DİM-də növbəti test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi

Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən şəxslər üçün

BAYRAQDAR MEDİA – Aqrar Sığorta Fondunun keçirdiyi təlimləri müvəffəqiyyətlə başa vuran və aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün keçirilən test imtahanına qeydiyyat başlanıb.

Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında qeyd edilib.

Bildirilib ki, “qeydiyyat prosesi 22 yanvar saat 10:00-dan 17 fevral saat 18:00-dək davam edəcək. İmtahan 2 mart 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) kompüter vasitəsilə elektron formada keçiriləcək. Namizədlər DİM-in internet saytında (http://ekabinet.dim.gov.az) “Şəxsi kabinet” yaratmalı, “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanına onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər”.

Məlumata görə, imtahanda iştirak ödənişlidir: “Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra (kabineti olmayanlar) həmin kabinetin pul hesabına imtahanda iştirak üçün tələb olunan pul vəsaitini əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş, lakin imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır. İmtahan Aqrar Sığorta Fondu tərəfindən təşkil olunmuş təlim proqramına dair açıq və qapalı tipli test tapşırıqlarını əhatə edir. Toplanılması mümkün olan ümumi (maksimal) bal 60-dır. 36 və daha yüksək bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilirlər və onlara aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatının müvafiq növü verilir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.