BAYRAQDAR MEDİA – Türkiyədə yeni ilin başlaması ilə bir çox digər sektorlarda olduğu kimi nəqliyyat sektorunda da artımlar qaçılmaz olub. Xüsusilə şəhərlərarası səyahətlərdə vətəndaşlara təsir edən qiymət artımı Denizlidə avtobus biletlərinin qiymətlərini də artırıb.
Bu barədə karsguncel.com saytı məlumat verib.
Bildirilib ki, “Denizlidən avtobusla gedən vətəndaşlar təxminən yüzdə 30 qiymət artımı ilə üzləşib. Artımdan əvvəl 360 TL olan Denizli-İzmir avtobus bileti yeni qiymətləri ilə diqqət çəkir. Belə ki, Denizli ilə İzmir arasında avtobus biletinin qiyməti Pamukkale Turizm üçün 460 TL, Kamil Koç üçün isə 419 TL-yə yüksəlib”.
Məlumata görə, Denizlidən digər böyük şəhərlərə səfərlərdə də qiymət artımları müşahidə olunub: “Məsələn, Denizli-İstanbul: Pamukkale Turizm 1150 TL, Kamil Koç 980 TL; Denizli-Ankara: Pamukkale Turizm 770 TL, Kamil Koç 749 TL. Son vaxtlar avtobus qiymətləri qalxmazdan əvvəl qatar biletlərinin qiymətləri də artırılıb. Denizli-İzmir qatar bileti hazırda 300 TL-yə satılır”.
İlk şərhi yaza bilərsiniz