Vətən müharibəsi qaziləri və şəhid ailələri üçün tibbi aksiya keçirilib
BAYRAQDAR MEDİA – Azərbaycan Pediatrlar Assosiasiyası (APA) növbəti dəfə tibbi aksiya keçirib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Assosiasiyadan məlumat verilib.
Məlumata görə, aksiya Azərbaycan Pediatrlar Assosiasiyası 95 illik yubileyi ərəfəsində keçirilən konfransın sonra reallaşıb: “Konfransın ardından Sumqayıtda “Boulevard Medical Center”də Vətən müharibəsi qazilərinin və şəhidlərin ailə üzvləri üçün təmənnasız kompleks tibbi baxış təşkil edilib. Aksiya qəhrəman qazilərin və şəhid ailələrinin sağlamlığını qorumaq və onların gündəlik həyat keyfiyyətini artırmaq məqsədi daşıyıb”.
Məlumata əsasən, tibbi müayinə zamanı aksiya iştirakçıları peşəkar pediatrlar tərəfindən hərtərəfli müayinə edilib: “Onlara sağlamlıq vəziyyətləri ilə bağlı tövsiyələr verilib və ehtiyac duyulan istiqamətlərdə dəstək göstərilib”.
Məlumatda o da vurğulanıb ki, Assosiasiya bu cür aksiyalarla həm tibbi dəstək, həm də mənəvi dayaq olmağa davam edir.
İlk şərhi yaza bilərsiniz