BAYRAQDAR MEDİA – Yanvarın 21-də “planetlərin böyük paradı” müşahidə olunacaq.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından daxil olub.
Xəbərdə qeyd edilir ki, “axşamdan Günəş batan kimi 6 planet – Venera, Mars, Yupiter, Saturn, Uran və Neptun Yerdən eyni vaxtda görünəcəklər. Səmada görünmə ardıcıllığı isə qərbdən şərqə doğru belə olacaq: Saturn, Venera, Neptun, Uran, Yupiter və Mars. Uran və Neptunu müşahidə etmək üçün durbin və ya teleskop tələb olunur, çünki bu planetlər adi gözlə görünməyəcək. Digər planetləri (Venera, Mars, Yupiter və Saturn) adi gözlə asanlıqla müşahidə etmək mümkündür”.
Növbəti “planetlərin böyük paradı” fevralın 28-də olacaq.
İlk şərhi yaza bilərsiniz