BAYRAQDAR MEDİA – 2024-cü il dekabrın 20-dən 2025-ci il yanvarın 20-dək İranın müxtəlif zindanlarında ən azı 107 nəfər dar ağacından asılıb.
Xəbəri “Azad İran” Telegram kanalı “İran İnternational”a istinadla yayımlayıb.
Bildirilib ki, hər gün orta hesabla dörd nəfər asılaraq öldürülür. Yeni ilin ilk günündə ən azı 18 məhbusun qətl və narkotik qaçaqmalçılığında ittiham edilərək ölüm hökmünün həyata keçirildiyi vurğulanıb. Daha 10 nəfər barəsində də edam hökmü çıxarılıb.
Xatırladaq ki, ötən il İran həbsxanalarında 31 qadının da edam edilməsi son 14 ildə qadınlara verilən ən yüksək ölüm hökmü olub.
İlk şərhi yaza bilərsiniz