Press "Enter" to skip to content

İğdırda Azərbaycan icması ilə görüş

Görüş zamanı

BAYRAQDAR MEDİA – Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyənin İğdır şəhərindəki Azərbaycan icması ilə görüşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya Komitədən məlumat verilib.

Məlumata görə, İğdır Azərbaycan Evində baş tutan görüşdə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib: “Komitə sədri ölkəmizin diaspor siyasəti barədə geniş məlumat verib, komitənin həyata keçirdiyi uzunmüddətli layihələr, xaricdəki Azərbaycan Evləri, Koordinasiya Şuraları, həftəsonu məktəbləri, Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Zəfər Qurultayı və diaspor fəaliyyətinin digər vacib istiqamətləri barədə çıxış edib, icma üzvlərinə diaspor işinə verdikləri töhfələrə görə minnətdarlıq edib. Ümummilli Liderin əsasını qoyduğu diaspor siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən daha da zənginləşdirilərək yeni mərhələyə yüksəldildiyi, xaricdə yaşayan hər bir azərbaycanlının dövlətimizin diqqətində olduğu nəzərə çatdırılıb”.

Məlumatda deyilir ki, Azərbaycanın Qarsdakı Baş Konsulu Zamin Əliyev icma ilə təşkil olunan görüşü yüksək qiymətləndirib, soydaşlarımızla daha yaxından tanış olmaqdan məmnunluq ifadə edib: “Konsulluğun qapılarının hər bir azərbaycanlı üçün açıq olduğunu diqqətə çatdırıb. İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar evin fəaliyyəti barədə hesabatla çıxış edib, Azərbaycan Evinin həm soydaşlarımız, həm də yerli ictimaiyyət üçün doğma məkana çevrildiyini diqqətə çatdırıb, yaradılan imkana, göstərilən diqqətə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib”.

Məlumata görə, görüş fikir mübadiləsinin aparılması, sualların cavablandırılması ilə davam edib: “İğdırda yaşayan azərbaycanlılar qazandıqları uğurlardan, icmanın fəaliyyət imkanlarının genişlənməsindən danışıb, qayğı və çətinliklərini dilə gətirib,açıqvə səmimi müzakirəyə görə minnətdarlıq ifadə ediblər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.