Press "Enter" to skip to content

Gümülcine və İskeçeyə anlamlı ziyarət

Səfər zamanı

BAYRAQDAR MEDİA – Tekirdağ Ticarət və Sənaye Palatası İdarə Heyətinin sədri Cengiz Günayın başçılıq etdiyi nümayəndə heyəti Gümülcine və İskeçeyə səfər edib.

Bu barədə Birlik Gazetesi xəbər yayıb.

Məlumata görə, heyət əvvəlcə Yunanıstana giriş etdikləri Bahçeköy (Kipi) Gömrük Qapısının direktoru Nakos Hristosla görüşüb: “Türkiyə nümayəndə heyəti qısamüddətli görüşdən məmnun qalıb və qonaqpərvərliyə görə direktor Nakosa təşəkkür edib”.

Xəbərdə deyilir ki, Gümülcineyə gələn nümayəndə heyətinin ilk dayanacağı Türkiyənin Gümülcinedəki Baş Konsulluğu olub: “C.Günay və onu müşayiət edən nümayəndə heyəti Baş konsul Aykut Ünalı ziyarət edərək, Yunanıstan və Türkiyə arasında son vaxtlar yaranmış müsbət atmosferin ticarət, xüsusilə turizm mövzusuna əks olunması barədə məlumatlandırılıblar. Nümayəndə heyəti daha sonra Doğu Makedoniya – Trakya əyalət rəhbərinin müavini Rıdvan Hacı Mehmet və Doğu Makedoniya – Trakya əyalət rəhbərinin müşaviri Ahmet Osman Pehlivan ilə görüşüb. Görüşün mehriban və səmimi şəraitdə keçdiyi bildirilir”.

Bildirilib ki, “heyət Gümülcinedəki təmasları çərçivəsində Rodop vilayətinin Yeni sol millət vəkili Özgür Ferhatı ziyarət edib. Nümayəndə heyəti, həmçinin Batı Trakya Türk Azlıqları Məsləhət Şurasının sədri və Gümülcinin seçilmiş müftisi İbrahim Şəriflə görüşüb. İbrahim Şərif qonaq nümayəndə heyətinə Müftiliyin fəaliyyəti barədə məlumat verib”.

Məlumatda vurğulanıb ki, Gümülcine səfərini başa vuran nümayəndə heyəti daha sonra İskeçeyə gedib: “Cengiz Günay və onu müşayiət edən nümayəndə heyəti İskeçe təmasları çərçivəsində Mustafçova Bələdiyyə Başçısı Ahmet Kurt və İskeçe seçilmiş müftisi Mustafa Trampa ilə görüşüb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.