Press "Enter" to skip to content

Donald Trampın ikinci hakimiyyəti

Donald Tramp and içərkən

Nadir İsmayılov: Yeni dönəmdə ABŞ-Çin mübarizəsi daha da şiddətlənəcək

BAYRAQDAR MEDİA – “Görünən odur ki, ikinci Donald Tramp dövrü daha çox iki məqam ilə diqqətdə olacaq”.

Bunu “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, Əməkdar jurnalist Nadir İsmayılov deyib.

Onun sözlərinə görə, birinci məqam ondan ibarətdir ki, ABŞ-Çin mübarizəsi daha da şiddətlənəcək və yeni sahələri əhatə edəcək: “Çünki son dövrlərdə tez-tez “Çində istehsal olunan və Amerikaya idxal edilən elektrik avtomobillərinə Avropaya bənzər oxşar verginin tətbiqi ilə bağlı” fikirlər səslənirdi və D.Tramp çıxışında bu məsələyə demək olar ki, aydınlıq gətirdi. O, ABŞ-da elektrikli avtomobil planına son qoyulacağına işarə etdi ki, bu da Çinə qarşı növbəti iqtisadi savaşın işartılarıdır”.

N.İsmayılovun sözlərinə görə, Çin-ABŞ gərginliyinin artacağına işarə edən başqa bir məqam isə D.Trampın Panama kanalı ilə bağlı fikirləri oldu: “Köhnə-yeni prezident Panama kanalının Panamaya verilməsinin düzgün olmadığını deməklə yanaşı, bu kanalın hazırda Çin tərəfindən idarə edildiyini də xüsusi qəzəblə vurğuladı və “Çinin orada nə işi var” deyə sual etdi. Yəni, D.Trampın “Panama kanalı” istəyinin arxasında da məhz ABŞ-Çin mübarizəsinin dayandığını deyə bilərik”.

N.İsmaylov hesab edir ki, D.Trampın növbəti dövrdəki hakimiyyəti həm də daxildə ciddi şəkildə “təmizləmələr”lə yadda qalacaq: “Hər halda D.Trampın “Cümhuriyyətimizi geri almaq həmişə çətin yol olub, heç vaxt asan olmayıb, azadlığımı, hətta həyatımı da əlimdən almağa çalışıblar. Bir neçə ay əvvəl qulağımdan bir qatil gülləsi keçdi. Həyatım bir səbəbdən xilas oldu, Amerikanı yenidən güclü edə bilməm üçün Allah məni xilas etdi” deməsi və prezident kimi ilk saatlarından etibarən çoxsaylı sənədləri ləğv edəcəyini söyləməsi də bunu təsdiqləyir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.