Press "Enter" to skip to content

Denizlidə quzu ətinin qiyməti 50 faiz artıb

BAYRAQDAR MEDİA – Denizlidə son vaxtlar quzu ətinin qiymətləri 40-50 faiz artıb.

Bu barədə denizli24haber.com saytı məlumat yayıb.

Bildirilib ki, “Denizlidə quzu ətinin kiloqramının qiyməti yerləşdiyi yerə görə dəyişir və orta hesabla 1300 lirəyə çatır. Hətta bəzi bölgələrdə qiymətlərin 1550 lirəyə qədər qalxdığı bildirilir”.

Məlumata görə, bu vəziyyət həm qəssablara, həm də istehlakçılara problem yaradır: “Xüsusilə aşağı kəsmə dərəcələri sektordakı problemləri daha da artırır. Mütəxəssislər yay aylarında qiymətlərin daha da artacağını proqnozlaşdırırlar. Qeyd edilir ki, yay mövsümündə ət istehlakının və manqal tələbinin artması qiymətlərin yüksəlməsinə səbəb ola bilər”.

Qəssablar Palatası Başçısı Hasan Hüseyn Öz, istehlakçıların qiymət artımlarına hazır olması lazım olduğunu bildirib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.