Press "Enter" to skip to content

Bu, dövlətin qüdrətinin daha bir örnəyi kimi yadda qalacaq

Əkbər Qoşalı

Əkbər Qoşalı: Fərid Səfərlinin vətənə qaytarılması xəbəri hər bir azərbaycanlı üçün qürur və sevinc mənbəyidir

BAYRAQDAR MEDİA – “Fərid Səfərlinin vətənə qaytarılması xəbəri hər bir azərbaycanlı üçün qürur və sevinc mənbəyidir. Bu hadisə bir daha göstərir ki, müstəqil Azərbaycan dövləti öz vətəndaşının hüquq və mənafelərinin müdafiəsini yüksək dərəcəli prioritet hesab edir və bu yöndə qətiyyətli addımlar atır”.

Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalı deyib.

Onun sözlərinə görə, iki illik ayrılıqdan sonra Fərid Səfərlinin ailəsi, doğmaları ilə görüşməsi, doğma Vətənə qovuşması dövlətin qüdrətinin daha bir örnəyi kimi yadda qalacaq: “Bu cür uğurlar həm də ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun artmasına, milli birliyin güclənməsinə töhfə verir. Azərbaycan Prezidenti və aidiyyəti qurumlar, özəlliklə Dövlət Təhlükəsizliyi Xidməti və Xarici İşlər Nazirliyi, bir daha sübut etdilər ki, Azərbaycan hər bir vətəndaşı dəyərlidir”.

Ə.Qoşalı qeyd edib ki, bu, təkcə hüquqi məsələ deyil, həm də milli dəyərlərimizin, insana verilən yüksək qiymətin təzahürü və səciyyəsidir: “Müstəqil Azərbaycan dövləti öz vətəndaşlarının müdafiəsi üçün beynəlxalq arenada əzmlə çalışıb. Biz bunu Mübariz İbrahimovun nəşinin gətirildiyi, şəhid gizirimizin nəşi düşmən əlindəykən ona Milli Qəhrəman adı verildiyi, erməni zabitlə münaqişə zəminində ömürlük həbsə düşən vətəncanlı, bayraqcanlı zabitimiz Ramil Səfərovun Macarıstandan, habelə doğma Kəlbəcəri ziyarətə gedərkən tutulan Dilqəm Əsgərov, Şahbaz Quliyev və b. mülki vətəndaşlarımızın, hərbçilərimizin Ermənistandan – həbsxanadan qurtarılaraq, vətənə qaytarıldığı tarixi günlərdə də gördük. Bu, Azərbaycan dövlətinin, cənab Prezident İlham Əliyevin qətiyyətinin, hər bir vətəndaşa sahib çıxılması siyayasətinin bariz nümunəsidir”.

Ə.Qoşalı qeyd edib ki, biz 2024-cü ilin sonlarında – məlum uçaq hadisəsi zamanı da dövlətin, şəxsən dövlət başçısının qətiyyətli mövqeyini gördük: “Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti bizə necə tarixi anlar yaşadıb! O, hər bir azərbaycanlının Prezidentidir. Dövlətimizin, dövlət başçımızın əzmkarlığı qürur qaynağımızdır!”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.